Mançesterin ulduzu Parisin hədəfində

“Mançester Siti”nin aparıcı yarımmüdafiəçisi Rodri Hernandes karyerasına Fransada davam edə bilər.

Allsport.az xəbər verir ki, PSJ 27 yaşlı ispan yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır.

Paris klubunun rəsmiləri “şəhərlilər”lə potensial tranfseri müzakirə etməyi planlaşdırırlar. Oyunçunun transfer qiyməti 100 milyon avrodur. O, premyer liqanın son çempionu ilə 2027-ci ilin ortalarına qədər müqavilə bağlayıb.

Bu mövsüm o, Mançester klubunda 8 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan