- Baxış sayı: 35
- 17 Dekabr 2025 14:24
- Baxış sayı: 151
- Dekabr 16, 2025
- 0

Çempionlar liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti” “Bavariya”nı qəbul edib.
Allsport.az xəbər verir ki, “Mançester Siti”nin ev oyunlarını keçirdiyi “Etihad” Stadionunda baş tutan matçın ilk yarısı Rodrinin 27-ci dəqiqədə vurduğu qolu ilə 1:0 ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. 70-ci dəqiqədə Bernardo Silva ilə daha bir qol vuran “Siti” vəziyyəti 2:0-a çatdırıb. 76-cı dəqiqədə səhnəyə çıxan Erlinq Haaland hesabı 3:0 edib və oyunun sonuncu qolunu vurub.
Matçdan sonra Sadio Mane ilə Leroy Sane arasında gərginlik yaşanıb.
2 futbolçunun səs-küylü mübahisə etdiyi və bu hadisənin davamında Sadio Manenin Leroy Saneni yumruqla vurduğu iddia edilib.