Maquayer artıq kapitan deyil

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr artıq komandanın kapitanı olmadığını açıqlayıb.

İngiltərəli futbolçunu “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq kapitanlıqdan məhrum edib.

“Məşqçi ilə bugünkü müzakirələrdən sonra, mənə kapitanı dəyişdirdiyini bildirdi. O, qərarın səbəblərini açıqladı və şəxsən mən çox məyus oldum.

Mən kapitan sarğısını taxarkən mənə göstərdikləri böyük dəstəyə görə “Mançester Yunayted” azarkeşlərinə böyük təşəkkürümü bildirmək istərdim. 

Üç il yarım əvvəl bu vəzifəyə gəldiyim gündən etibarən İngiltərə klubunun kapitanı olmaq mənim üçün böyük şərəfdir və karyeramın bu günə qədərki ən mühüm anlarından biridir. Bu, klub futbolunda ən böyük mükafatlardan biridir. Mən “Yunayted”in həm meydanda, həm də meydandan kənarda uğur qazanmasına kömək etmək üçün əlimdən gələni etmişəm. Bu məsuliyyəti mənim üzərimə ilk qoyan Ole Qunnar Solskyerə həmişə minnətdar olacağam” – deyə futbolçu sosial şəbəkədə yazıb.

30 yaşlı Maquayre 2020-ci ildə “Mançester Yunayted”in kapitanı seçilib.

Həmin kateqoriyadan