Maquayra qarşı intizam işi açılıb

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr dördüncü hakimi təhqir etdiyi üçün İngiltərə futbol assosiasiyası tərəfindən ittiham olunub.

Allsport.az xəbər verir ki, “Bornmut”la matçda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçunun davranışları intizam qaydalarına zidd hesab edilib.

Maquayr aprelin 2-dək öz müdafiəsini təqdim etməlidir. O, artıq “Lids”lə növbəti tur oyununu buraxacağı dəqiqləşib, lakin əlavə cəza alacağı da istisna edilmir.

Həmin kateqoriyadan