Maquayrla sözləşmə yenilənir

“Mançester Yunayted” müdafiəçisi Harri Maquayr ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlarda son mərhələyə gəlib.

Allsport.az xəbər verir ki, tərəflər arasında imzalanacaq yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub və sənəddə müddətin daha bir mövsüm artırılması bəndi də yer alacaq.

Baş məşqçi Maykl Kerrikin gəlişindən sonra Maquayr komandanın son uğurlu nəticələrində əsas simalardan birinə çevrilib və bu, rəhbərliyin qərarında həlledici rol oynayıb.

Həmin kateqoriyadan