Marafon yürüşünün formatı üçün razılıqa gəliblər

Beynəlxalq atletina komitəsi və beynəlxalq olimpiya komitəsi Paris-2024 olimpiya yunlarında debüt edəcək yeni idman yerişi üzrə komanda yarışının formatı barəsində razılığa gəliblər.

Allsport.az xəbər verir ki, marafon yürüşü qarışıq estafetində marafon məsafəsini (42195 km) təxminən bərabər məsafədəki 4 mərhələdə tamamlayan hər biri bir kişi və bir qadın atletdən ibarət 25 komanda iştirak edəcək.

Atletlər çütlük halda ( 1 kişi,1qadın) olmaqla hər biri 10 km-dən bir qədər çox olan iki mərhələni tamamlayacaq.

Marafon məsafəsi atletikada mövcud populyarlığına və olimpiya oyunlarının ənənələri ilə əlaqəsinə görə seçilmişdir.

Tədbir Parisin mərkəzində “Eyfel” qülləsinin yanında fərdi yürüş yarışları ilə eyni trasda keçiriləcək və təxminən 3 saata tamamlanacaq.

Marafon yürüşü qarışıq estafeti Paris 2024 olimpiadasının atletika proqramına start verən 20 km məsafə üzrə fərdi idman yerişi yarışlarından altı gün sonra, yəni 7 avqust 2024-cü il tarixində saat 07:30-da keçiriləcək.

Həmin kateqoriyadan