Mareskanın əvəzləyicisi

“Çelsi”nin Enso Mareska ilə yolunu ayırmasından sonra yeni baş məşqçi axtarışlarında londonluların tərəfdaş klubu “Strasbur”u çalışdıran Liam Rosenyor əsas favorit hesab olunur. Allsport.az xəbər verir ki, Mareskanın gedişinə səbəb kimi komandanın son 7 matçda cəmi bir qələbə qazanması ilə yanaşı, mütəxəssisin rəhbərliklə münasibətlərinin korlanması və “Mançester Siti”də Pep Qvardiolanı əvəzləmək üçün danışıqlar apardığına dair iddialar göstərilir. Bazar günü “Mançester Siti”yə qarşı keçiriləcək vacib qarşılaşmada komandanı müvəqqəti olaraq gənclərdən ibarət komandanın məşqçisi Kalum Makfarlanın meydana çıxaracağı gözlənilir.

Həmin kateqoriyadan