Mariana təzyiq etdi, nazir xidməti maşınını qaytardı. Elnur sudan quru çıxmağa çalışır. DTX onu dindirdi

Son günlər gənclər və idman nazirliyinin (GİN) idman şöbəsinin müdiri Elnur Məmmədov əsas müzakirə mövzusuna çevrilib. Dövlət məmurunun adı müxtəlif qalmaqallarda və məkrli oyunlarda hallanır. Öncə xatırladaq ki, onun keçmiş sürücüsü Emil dələduzluqda şübhəli bilinir. Xalaoğlu özünü GİN-in müfəttişi (ola bilsin, Elnur onu bu adla işə götürüb) kimi qələmə verərək, nazirliyin tabeçiliyində olan idarə və komplekslərə işə düzəltmə adı ilə ayrı-ayrı şəxslərdən 8.500, 4.300 və 2 nəfərdən 6.500 manat alıb. Zərərçəkənlərin ikisi şikayət etdiyindən, onların birinə plastik kart, digərinə 1500 manat pul verib.

Deyib ki, az-az qaytaracaq. Ortada qalan, çətin vəziyyətə düşən bir qadındır. Hüquqşünas olan bu xanım həftələrlə dolandırılır. O da artıq Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinə şikayət etməyə hazırlaşır. Durum olduqca ciddi və dəhşətlidir. Gəzən söz-söhbətə görə, “AR Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış regional rayon idarələrinə rəis vəzifəsi 200-250 min manat aralığındadır.

“Cənab 0:8” bu dəfə vəziyyətin çox təhlükəli olduğunu görüb korrupsiya hallarından qurtulmaq üçün, aradan sürüşüb çıxmaq istəyir. Yayılan xəbərə görə, o, AFFA-ya, rəhbər vəzifələrinin birinə keçmək niyyətindədir. Dində onunla eyni baxışda olanlar çoxdandır ki, “Boz evi” tam ələ keçirmək istəyirlər. Odlar yurdunun ad-sanlı klubu “Neftçi”ni bir dəfə “xoşbəxt” edən Elnur Məmmədov, bu dəfə onsuz da yaxşı durumda olmayan ölkə futbolunu ömürlük böyrü üstə qoymaq istəyir. Onun adı futbolda çıxınca, tənqid edənlərin sayı durmadan artıb. Sosial şəbəkələr ancaq bu uğursuzdan yazır.

Nazir müavini Mariana Vasilyeva hər tərəfdən basqıları görüb diqqəti üzərlərinə çox çəkməmək üçün nazirə təzyiq edərək, onun xidməti maşını geri qaytartdırıb. Xatırladaq ki, Fərid Qayıbova korrupsiya halını eşidincə, Elnurun sürücünü işdən qovmuş və onun xidməti avtomobilini əlindən almışdı. Məmmədov bu durumdan sonra media ilə gizli əlaqələrini daha gücləndirmiş, Gəncə stadionunda olan bərbad ot örtüyü ilə əlaqədar tənqidi nazirliyə qarşı çevirmişdir. Çox güman, yaxın günlərdə yenə mediada Fərid Qayıbova qarşı hücumlar olsun. Bolqar məmur sacın ayağının birinin qırılmasını istəmir. Allsport.az-a daxil olan bilgiyə görə, onlara qarşı müxalifət qəsdən Elnurun üstünə düşüb ki, Mariana onun bütün qanunsuz əməlləri müqabilində müdafiə etsin. Belədə, nəinki ikisi, hətta Qayıbov yansın. 26 martda Bakı olimpiya stadionunda “Qarabağ” və “Qalatasaray” klubları arasında keçirilmiş xeyriyyə matçında onun Azərbaycan prezidenti İlham Əliyevin yanında yer almaması müəyyən suallar ortaya çıxarıb.

Bu arada, Elnurun yaxın ətrafından dolayısı ilə yayılan məlumata əsasən, korrupsiya məsələsinə görə onu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları sorğu-sual ediblər. Məmmədov sudan quru çıxıb. Əsas açar onun keçmiş sürücüsü Emildir. O, məsuliyyətə cəlb ediləcəyi halda, işlə bağlı inandırdığı adamlara çəkdiyi adları açıqlayarsa, nazirlikdə kimlə ortaq olduğu şəxs(lər) aşkara çıxacaq.

Həmin kateqoriyadan