- Baxış sayı: 35
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Ötən həftə gənclər və idman nazirinin qərəzli müavini Mariana Vasilevanın öz rəsmi Feysbuk səhifəsində paylaşımı söz-söhbətə səbəb olub. Bolqar məmur, ingilis dilində yazdığı statusunda, bədii gimnastlarımıza Almaniyanın Kotbus və Qətərin paytaxtı Dohada keçiləcək dünya kubokunda uğurlar arzulayıb və altından millinin adı ilk çəkilən məkandan şəklini yerləşdirib. Elə səhvlər də bununla başlayıb və adəti üzrə aləmi bir-birinə qatıb. Proqramın rus dilində birbaşa tərcüməsində yarışın adı dünya kuboku yox, dünya çempionatı göstərilib. Bunlar fərqli yarışlardır. Bu azmış kimi, Azərbaycan bayrağı Ermənistanınkı ilə əvəzlənib. Beləliklə, qaş düzəldən yerdə, göz vurub çıxardıb; istər-istəməz, bir müddət səhifəsində Ərmənlərdə yaşayan soysuzların dövlət rəmzini təbliğ edib.
Digər yanlışlıq növlə bağlıdır. Çünki Almaniyanın Kotbus şəhərində keçirilən dünya kubokunda ruscada göstərilən – bədii gimnastlar deyil, idman gimnastları iştirak ediblər. 2007-ci ildən Azərbaycan gimnastika federasiyasında (AGF) çalışan Mariana xanımın nəzərinə çatdırım ki, bunlar ayrı-ayrı gimnastika növləridir. Hələ demirəm, komandamız orda uğursuz çıxış edib və bizdən fərqli, mənfur qonşular yarış cədvəlində 1-ci olublar. Tək təsəllimiz, Azərbaycanın olimpiya çempionu Valeri Belinkinin rəhbərlik etdiyi Almaniya millisinin mükafatçılar sırasında yer almasıdır. Yaxşı, tutaq ki, Feysbuk tərcümədə və bayraq məsələsində avtomatik səhv edib(r). Bəs bu növlərdə yanlışlıq nədir? Unutmusunuzmu, siz artıq tək bədii gimnastika üzrə millinin baş məşqçisi yox, həm də Azərbaycan gənclər və idman nazirinin müavini kimi məsul vəzifəni daşıyırsız?! Tərcümələr səhv edilirsə, ümumən, bunu ingiliscə yazmağa nə lüzum var? Rusca bilənlər bunu ayrı cür başa düşəcəklər axı…
Bu məsələ bizi açmadığından, araşdırmaya başladıq və ciddi məqamların üstünə çıxdıq. Birincisi, aşkarladıq ki, Feysbukun tərcümədə və bayraq məsələsində avtomatik səhvi bəhanədir. 48 yaşlı tarqovişteli xanımın xaçpərəst ölkələrinin bayraqlarına sevgisi tükənməzdir. Qılıncoynatma üzrə qadın sablya millimizin Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya kubokunda 2-ci yer tutması ilə bağlı 12 fevral paylaşımında Kanadanın bayraqları yer alıb. Anladıq, Azərbaycan və Ermənistan ingilis dilində əlifba sırasında yaxın olduqları və Feysbuku idarə edənlərin məkirli əməlləri nəticəsində, Odlar yurdunun rəmzi haylarınkına çevrilir, idman gimnastikası dəyişib bədii gimnastika olur. Bəs buna nə ad qoyaq? Özbəkistanla Kanadanın və ya Azərbaycanla okeanın o tayının nə əlaqəsi?
Dərinə, keçmişə getdikcə, daha dəhşətli dəlillər üzə çıxır. 2017-ci ildə Azərbaycan gimnastika federasiyasının 15 illik yubileyi münasibəti ilə ATV-də hazırlanmış video-çarxın elə əvvəlində, idman gimnastikası üzrə 3-qat olimpiya, 4-qat dünya və 2-qat Avropa çempionu Albert Azaryanın idmançı karyerası dönəmində çıxışından qara-ağ rəngdə kadr göstərilir. Bayaq yuxarıda qeyd etdiyim kimi, bizim olimpiya və 4-qat dünya çempionu, dəfələrlə Avropa mükafatçısı Valeri Belinkimizə nə gəlib ki, görüntüdə hazırda Ermənistan gimnastika federasiyasının 94 yaşlı prezidenti yer alıb?
27-31 may 2020-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan, lakin pandemiya səbəbindən təxirə salınan idman gimnastikası üzrə Avropa çempionatı üçün AGF-in hazırladığı afişada isə, olimpiya çempionu Artur Dalaloyanın fotosu yerlışdirilib. O, 44-günlük 2-ci Vətən müharibəsində ölkəmizin əleyhinə təbliğatla məşğul idi.
Bakı-2015 üçün millimizə dəvət edilən, amma 1-ci Avropa oyunlarını trubunadan izləyən, ölkə çempionatlarına qatılmayan Daniel Lukas, 5 il Azərbaycanı boş-bekar dolanaraq, müftə maaş alıb ABŞ-a dönəndən sonra, 2-ci Qarabağ savaşında ermənilərə dəstək, Odlar yurdunun əleyhinə iş aparııb. Ona idmançılarımızdan biri sosial şəbəkədə ingiliscə öz etirazını bildirib. Göndərişdə bunlar deyilir: “Salam. Azərbaycan haqqında nə pis yazırsız. Sizə gəzinti pulu verdilər, istirahət etdiniz, amma bunun qarşılığında özünüzü yaxşı aparmırsınız. Fərid və Mariana sizi idmançı kimi Azərbaycana dəvət etdi, halbuki siz bizə lazım olmadığınızı bilirsiz və ondan sonra siz gözəl çıxış etmədiniz. Qarabağ Azərbaycandır!”
Çox acınacaqlıdır mənzərədir! Amma bizi bir sual düşündürür: ana-bala birləşib bədii gimnastlarımızı döyən və aşağılayan Mariana-Siyana ikilisi, niyə zamanında ona da bu zülmü vermirdi? Çünki sərf etmirdi. Hər nə olsa, öz xaçpərəstidir axı.
İndi bəlli olur ki, gimnastika üzrə millilərin geyim dəstlərinin sifarişini verərkən, ölkə bayrağının idmançıların “gündəyməzləri”nə düşməsini AGF-də hansı icraçı(lar) istəyib və komanda 3 il boyunca bununla dünyanı dolaşıb. O da aydın olur ki, daim üzü gülən Vasileva, əslində içdən bizə gülür. Yoxsa, 26 fevral Xocalı soyqırımı günündə rəsmi protokol qaydasına uyğun olaraq “Ana harayı” abidəsini ziyarət edər, onun önünə əklil qoyardı. Necə ki, Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, bunu digər dövlət qurumları etdi; yaxın keçmişdə mərhum gənclər və idman naziri Azad Rəhimov və rəhbər komandası edirdi. Mariana xanım heç belə şey edər? Avropada və Amerikadakı dostları görüb inciyər axı…
Y.S. 2010-cu ildə Bakıda keçirilmiş Avropa çempionatı ərəfəsində Azərbaycan Güləş Federasiyasının mətbuat şöbəsi tədbirlə bağlı dərgi hazırlayırdı. Nəşrdə çıxışlar və digər yazılar bəndənizə tapşırılmışdı. Zatən orda onu məndən başqa görəcək kimsə yox idi. 2 gün gündüz-gecə çalışıb işi layiqincə və əyər-əskiksiz bitirdim. Tərtibat məsələsinə digər əməkdaş – Mayis Musayev cavabdehdi. Jurnal hazır olanda baxdıq ki, işi görənlər üz qabığına Ermənistan bayrağının rənglərini veriblər. O, dərhal bunu sezdi və məsələyə müdaxilə etdik. Rənglər başqalarıyla əvəzləndi. AGF-in o dönəmdə təşkilat məsələləri üzrə vitse-prezidenti Babək Babayev media departamentin rəhbəri Aysel Osmanlıya təşəkkür etdi və bildirdi ki, onu böyük sorundan xilas etmişik.
Y.Y.S. Əziz oxucular, Mariananın bu işlərinə nə ad qoyaq? Feysbuk gerçəkdənmi başına iş açıb? Yox, deyəsən bu dəfə vəziyyət(i) doğurdan ruscadır – Mark, “Evləri köndələn yar”da üzüklər çaşbaş düşsə belə:
Şap elə bilir şuptadı, şup elə bilir şapdadı
Nə şapdadı, nə şupda, yaman tarap-trupda
Elçilər iş açdılar, iş açdılar qaçdılar
Üzük neyləsin indi, üzük bilmir kimindi
Üzük evə çaş duşub, yamanca çaşbaş duşub
Qız oğlana şad baxır, oğlan qıza yad baxır
Üzün bilmir hardadı, üzük yaman dardadı
Canik, üzük neyləsin, sözün kimə söyləsin?
Kamran HACI