- Baxış sayı: 132
- 08 May 2026 23:17
- Baxış sayı: 169
- May 08, 2026
- 0

“Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino ayağından əməliyyat olunacaq.
Allsport.az xəbər verir ki? 29 yaşlı ispaniyalı futbolçu İngiltərə premyer kiqasının XXIII turunda “Mançester Yunayted”ə qarşı keçirilən oyunda (2:3) zədələnib.
Tibbi müayinə nəticəsində futbolçunun sağ ayaq sümüyündə sınıq aşkarlanıb. Yaxın günlərdə cərrahiyyə əməliyyatı keçirəcək oyunçunun bərpa prosesinin uzun sürəcəyi və onun yalnız mövsümün sonunda məşqlərə qayıda biləcəyi gözlənilir.
Merino cari mövsümdə London təmsilçisinin heyətində keçirdiyi 33 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.