- Baxış sayı: 52
- 28 Aprel 2026 23:33
- Baxış sayı: 101
- May 04, 2026
- 0

Azərbaycan velosiped idmanı federasiyası (AzVİF) və Azərbaycan həmkarlar ittifaqları idman təşkilatları assosiasiyası (AHİİTA) arasında memorandum imzalanıb.
Allsport.az xəbər verir ki, memorandumu AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev imzalayıblar.
Memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növlərinin ölkə üzrə təşviqi, idman strukturlarından və qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin təşkili və digər məsələlər əksini tapıb.