- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Real Madrid” Almaniya millisinin müdafiəçisi Niko Şlotterbeki heyətinə qatmaq istəyir.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu “kral klubu”nun əsas hədəfinə çevrilib.
Şlotterbek cari mövsüm bütün yarışlarda 25 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.