Mario Andretti Bakı qran-prisinin rəsmi elçisi barədə nə deyib?

Avtoidmanın əfsanələrindən olan Mario Andretti Bakı qran-prisinin rəsmi elçisi barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, Fernando Alonsonun hazırda “Maklaren”də boş yerə vaxt itirdiyini deyib. F-1.az-in məlumatına görə, ispaniyalı dünya çempionu keçən həftə Andrettinin komandasının heyətində İndy500 yarışında çıxış etmiş və qələbəyə real namizədlərdən biri olsa da, yarışın finişinə 21 dövrə qalmış “Xonda” mühərriyi partladığı üçün damalı bayraq görə bilməmişdi.

“Bir sürücünü məmnun edən tək şey rəqabətədavamlı olmasıdır. Bundan başqa hər şey onu məyus edəcək. Fernando hazırda karyerasının zirvəsindədir və “Maklaren” “Xonda” komandasında boş yerə vaxt itirir. “Maklaren”in şassisi yaxşıdır və mühərrik cəhətdən son yarışlarda pis deyillər. Alonso mövsüm bitmədən xal ala biləcək. Fernando “Maklaren” üçün etdiklərinə görə hörmətə layiqdir. Yaxşı mühərriklə əsl gücünü göstərə bilər” – deyə Mario Andretti: əlavə edib.

Həmin kateqoriyadan