- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, cümə günü keçirilən mətbuat konfransında “Pirelli”nin rəhbəri Mario Izola 2025-2027 ci ilin mövsümlərində çıxış etməyə ruhlandıran səbəblərdən danışıb:
”Belə qərarlar asan verilmir. Biz Formula-1-ə çoxlu zəhmət, pul yatırırıq və indiki nəticədən razıyıq. On üç il uzun müddətdir, ona daha üç-dörd il əlavə etmək isə ciddi öhdəlikdir. İdmanımızın hazırkı vəziyyəti bizi tam qane edir.
Mümkünsə çempionatı daha da yaxşılaşdırmaq üçün pilotlardan, komandalardan, FİA və F-1-dən gələn istəkləri yerinə yetirməkdə öz rolumuzu oynamaqdan məmnunuq. Hazırda uzun sənədin təhlili prosesindəyik.
Bu, ötən illərlə müqayisədə fərqlidir. Araşdırılacaq daha çox səhifələr var, amma dediyim kimi, çempionatda qalmaq niyyətindəyik. Tender isə hazırkı prosesdir bir hissəsidir, onun başa çatmasını gözləyəcəyik”.