- Baxış sayı: 6
- 21 Noyabr 2024 13:58
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Gürcüstanın Marneuli rayonunda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar uşaq və yeniyetmələr üçün futbol festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdən əvvəl ümummilli liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Azərbaycan Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Georgia”nın sosial layihələr departamentinin rəisi Tofik Əliyev, Uşaq-gənclər futbol federasiyasının prezidenti Asif Əliyev, Marneulinin meri Kənan Ömərov, şəhərinin qubernatorun müavini Kaxa Koberidze, məşqçilər, valideyinlər və rayon ictimayyətinin nümayyəndələri iştirak ediblər.
Festivalda iştirak edən 100 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.