- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Arzuolunmaz rəqibin düşdüyünü fikirləşə bilərik. İlk olaraq bizim rəqibimiz bilindi. Futbolçularımın daha da böyüməsi, Azərbaycana daha böyük klubların gəlməsi üçün baxımından deməzdim sevinmişəm. Futbolumuzun inkişafı üçün hər zaman demişəm ki, bunun hər hansı bir faydası olacaq. “Marsel”ə qədər də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzmağımıza baxmayaraq, futbolçular layiqli çıxış etməyi bacarıblar”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfrans liqasının növbəti mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. O, pley-offda “Marsel”ə rəqib olmalarına belə münasibət bildirib:
“Məncə, bu il təcrübəmiz daha çoxdur. Hamı fikirləşə bilər ki, güclü rəqiblə qarşılaşacağıq. Ancaq bu turnirə başlayanda məndə hansı istək, inam var idisə, futbolçulara necə güvənirdimsə, “Marsel”ə qarşı da eyni fikirdəyəm. İki ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Hər xırda detalı futbolçularımıza düzgün çatdırmağa və layiqli mübarizə aparmağa çalışacağıq.
Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, gələn il başlanğıcda ən yaxşı oyunlarımızdan biri “Marsel”ə qarşı olacaq. Komandama güvənirəm. Məğlub olmaq sözünü demək istəmirəm. Ancaq düşünürəm ki, futbolçularımız rəqibdən çəkinmədən layiqli mübarizə aparacaq”.
Qeyd edək ki, komandalar arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.