- Baxış sayı: 23
- 01 Fevral 2026 12:52
- Baxış sayı: 110
- Yanvar 30, 2026
- 0

“Marsel”in baş məşqçisi Roberto De Zerbi yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırıla bilər.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssislə görüşərək layihənin gələcək perspektivlərini müzakirə edəcək.
Tərəflər arasında ortaq razılıq əldə olunmayacağı təqdirdə, əməkdaşlığa xitam veriləcəyi gözlənilir.
“Marsel” çempionlar liqasında ardıcıl iki məğlubiyyətdən sonra turnirdə mübarizəni dayandırıb. Yanvarın 28-də səfərdə “Brügge”yə 0:3 hesabı ilə uduzan komanda, paralel oyunda “Benfika”nın son saniyələrdə vurduğu qol nəticəsində pley-offa vəsiqə imkanını itirib.
Hazırda “Marsel” 38 xalla Fransa liqa 1-in turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və lider PSJ-dən 7 xal geri qalır.