- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Bu gün Portuqaliyanın “Sportinq” klubu Avropa liqasının “E” qrupunun 5-ci turunda Bakı olimpiya stadionunda “Qarabağ”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, rəqibin baş məşqçisi Marsel Kayzer görüş öncəsi bunu deyib:
Əsas məsələ ruh yüksəkliyidir. Komandamdan bunu gözləyirəm. Əgər buna əməl olunarsa, istəyimizə çata bilərik. Hər iki komanda sabahkı oyunda qələbə üçün çıxacaq. Bu da oyunun maraqlı olacağını vəd edir. “Qarabağ”ın üç oyununu izləmişəm. Çox gözəl, modern futbol oynayır. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir.