- Baxış sayı: 29
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 62
- Dekabr 05, 2025
- 0

Argentina millisinin hücumçusu Lautaro Martines DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə matçda (1:0) qol vurub.
Allsport.az xəbər verir ki, bu qol 27 yaşlı futbolçu üçün millidə 32-ci olub. O, bu göstəriciyə görə Dieqo Maradonaya çatıb.
Martinesdən daha çox qol vuran futbolçular Lionel Messi (112 qol), Qabriel Batistuta (54), Serxio Aquero (42) və Hernan Krespodur (35).