- Baxış sayı: 31
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, Madridin meri Xose Luis Martinez, təşkilatçıların ciddi şəkildə Formula-1 təqvimində yer almağı və qran priyə ev sahibliyi etməyi planlaşdırdıqlarını bildirib.
“Biz artıq bir neçə aydır ki, bu layihə üzərində işləyirik və ümid edirik ki, Madrid F-1 qran prisinə ev sahibliyi etmək hüququ əldə edəcək.
Biz optimistik. Düşünürəm ki, yarışın Madridə gəlməsinin ehtimalı var.
O da aydındır ki, qran prinin keçirilməsi ilə əlaqədar ətraf rayonların sakinləri üçün yarana biləcək narahatlığı minimuma endirmək üçün bütün lazımi tədbirləri görəcəyik. Formula-1 Madrid üçün vacibdir, lakin qonşu ərazilərin sakinlərinin də rahatlığı vacibdir” – Martinez bildirib.