Martinez millisinə inanır

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Avro-2024 ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Athletic”ə açıqlama verib:

“Biz böyük arzulamalıyıq. İnanmaq lazımdır. Özümlə üç yox, yeddi köynək götürmüşəm (finalçılar 7 oyun keçirəcək).

Biz istedadımızdan ən yaxşı şəkildə istifadə etməliyik, amma meydandan kənarda nəyə qadir olduğumuzu göstərməli, əqli cəhətdən güclü olmalı və maneələri dəf etməliyik.
Düşünürəm ki, komanda hazırdır, amma hələ pik həddə çatmayıb. Biz bunu yalnız ilk üç matçdan sonra edə biləcəyik”.

Həmin kateqoriyadan