Maşallah Əhmədov məhkəmədə jurnalistlərin iştirakını istəməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Allsport.az saytının xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. O bildirib ki, təqsirləndirilən şəxs KİV nümayəndələrinin məhkəmədəə iştirak etməsinə etiraz edib. Prosesə Maşallah Əhmədovun vəkili gəlmədiyi üçün, təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini istəməyib. Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

Xatırladaq ki, veteran futbolçu 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə qərarı ilə sonradan ev dustaqlığı ilə əvəzləyib.

Həmin kateqoriyadan