- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov barəsində Binəqədi Rayon Məhkəməsində çıxarılan həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Allsport.az xəbər verir ki, bu barədə “Trend”ə məhkəmədən məlumat verilib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.
Qeyd edək ki, M.Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Veteran futbolçu Bakıda bir neçə nəfərin 150 min manatdan artıq pulunu alıb və qaytarmayıb.
Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı olan M.Əhmədov qərardan apelyasiya şikayəti verib.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.