- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Bizim üçün hər oyun çox vacibdir. Rəqibin gücünü əksiltməyək. İkinci hissədəki gedişatı gözləyirdik. “Qəbələ” xal itirdiyi üçün rəqibin oyuna çox ciddi yanaşacağını bilirdik. Gərgin oyun alındı. Qələbənin yaxşısı, pisi olmur. 3 xal münasibətilə futbolçularımı təbrik edirəm”.
Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 23-cü turunda evdə “Sabah”la görüşdən sonra deyib. O, 1:0 qalib gəldikləri oyundan razı qalıb:
“Əgər müdafiədə oynamaq lazımdırsa, belə oynamalısan, canını qoymalısan. Düşünürəm ki, komandam yetərincə yaxşı oynadı. Oyundan əvvəl ciddi itkilərimiz var. Bu cür rəqibə qarşı 2 əsas müdafiəçisiz meydana çıxmışdıq.
Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq”.