- Baxış sayı: 12
- 06 Fevral 2026 16:28
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Renn”in yarımmüdafiəçisi Nemanya Matiç premyer liqaya qayıtmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, o, Fransa komandasındakı ab-havadan narazıdır və klubla müqaviləsini pozmağa hazırlaşır. Serbiyalı yarımmüdafiəçi öz agentlərinə karyerasını İngiltərədə davam etdirmək üçün variant axtarmağı tapşırıb.
Matiç keçən yay “Roma”dan 2,5 milyon avroya “Renn”ə keçib. Xatırladaq ki, Matiç əvvəllər premyer liqada “Çelsi” və “Mançester Yunayted”də çıxış edib.