- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dortmund “Borussiya”sı qapıçısı Aleksandr Mayerlə müqaviləsini uzadıb.
Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçunun 8-qat Almaniya çempionu ilə yeni müqaviləsi 2025-ci il iyunun 30-na kimi hesablanıb.
“Aleks ikinci qapıçıdan daha çox şeydir. Lazım olanda o, öz bacarığını yüksək səviyyədə nümayiş etdirirdi. O, komanda oyunçusu, böyük futbolçu və komandaya sülh və təhlükəsizlik gətirən böyük təcrübəyə malik çox etibarlı peşəka insandır” – “Borussiya”nın idman direktoru Sebastyan Kexl bildirib.
Meyer ötən mövsüm Dortmund təmsilçisinin heyətində 12 oyuna çıxıb.
“”Borussiya”nın mənə münasibətindən və müqavilənin uzadılmasından çox məmnunam. Dortmundda ilk gündən bəri məni yaxşı qarşıladılar və özümü evdimdəki kimi hiss etdim. Ötən mövsüm klubumuzun nəyə qadir olduğunu hamı gördü. Əlimdən gələni edəcəyəm ki, yaxın gələcəkdə qələbələri qeyd edək və titullar qazanaq. “Borussiya” ailəsinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm” – Meyer deyib.