“Maykl məni vuraraq oturtdu”

Keçmiş UFC yarımorta çəki çempionu Kamaru Osman açıqlama verib.

Allsport.az xəbər verir ki, nigeriyalı döyüşçü Maykl Consonla məşq zamanı baş verən hadisədən danışıb:

“Baş zərbəsindən başqa, karyeramda yalnız bir dəfə zədə almışam. Bu, məşqdə Maykl Consonla idi. Döyüşümdən sonra iki həftəlik fasilə verdim. Sonra idman zalına qayıtdım və dərhal Maykl Consonla sparrinq etdim.

Bu, sparrinq sessiyasının sonuna yaxın baş verdi… Maykl məni vuraraq oturtdu. Gülməlidir, videom belə var (gülür). Hələ yayımlanmamasına təəccüblənirəm… O, məni yıxdı və mən qolumun üstünə düşdüm. Bu, Maykl Consonun nə qədər xüsusi olduğunu sübut edir”.

Həmin kateqoriyadan