- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Dünya Kuboku-2018-in seçmə ələməsində Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya millisini qəbul edən “ay-ulduzlular”ımız uzatma dəqiqələrində oyunu əldən verdi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra rəqib baş məşqçi Maykl Onil bunu söyləyib:
“Çətin oyun oldu. Yaxşı komandaya qarşı çıxış etdik. Əsas qol vurmaq idi ki, bunu da bacardıq. Bəzi oyunçularımız müxtəlif səbəblərdən olmasa da, lazımi nəticəni əldə edə bildik. Qrupda lider Almaniya yığmasıdır.
Bizim məqsədimiz ikinci yeri tutmaqdır. Bizim üçün hava şəraiti böyük rol oynadı. Avropa çempionatındakı heyətdən bu gün 7 nəfər yox idi. Bu üzdən bizim üçün əsas nəticə idi. Buna da nail olduq”.