Maykl O`Nil: Mükəmməl oyun nümayiş etdirdik

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə ələməsində “ay-ulduzlular”ımızla keçirilən oyundan (4:0) sonra fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, qələbəyə belə şərh verib:

“Bu cür qələbədən razıyam. Mükəmməl oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq. Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq, daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır.

Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan