- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Real Madrid”in müdafiəçisi Ferland Mendinin agenti İvan Lemi PSJ-nin hücumçusu Kilian Mbappenin anası fransalı futbolçunun futbol sözçüsü kimi fəaliyyətini tənqid edib.
Allsport.az xəbər verir ki, Lemi, Mbappenin “Real”a keçidi məhz futbolçunun anasının günahı ucbatından pozula biləcəyini deyib:
“Bu onun işi deyil, o, necə davranacağını bilmir. Məsələn, mən restoran açmaq istəyirdim, amma yemək bişirməyi bilmirəm, ona görə də açmadım.
Oğlunu və digər oyunçuları təmsil etmək üçün onun lisenziyası olmalıdır.
Əminəm ki, Mbappenin iki il əvvəl “kral” klubu ilə danışıqları zamanı agenti olsaydı, transfer reallaşardı.
Bu cür vəziyyətlərlə necə davranacağınızı bilməlisiniz. Kilian hələ də Parisdədir və açıq şəkildə orada xoşbəxt görünmür”.