Mbappe: “Hər şey əla olacaq”

Kilian Mbappe Fransa millisinin tarixinin ən yaxşı oyunçusu olmaq istəyir.

Allsport.az xəbər verir ki, indi hücumçunun millidə 38 qolu var. Ona yığmanın bombardiri siyahısında 4-cü yerdəki Mişel Platiniyə çatmaq üçün daha 3 qol lazımdır.

“Bu, böyük şərəfdir, eyni zamanda gələcək hədəfdir. Platini Fransa futbolunun əfsanəsi olaraq qalır, amma mən səyahətimi davam etdirmək və onun nəticəsini ötmək istəyirəm”.

Uqo Lloris Rafael Varan millidən getdikdən sonra Mbappe komandanın yeni kapitanı seçilib. 24 yaşlı oyunçu bununla bağlı təzyiq hiss etmədiyini qeyd edib:

“Bəli, mən köhnə və yeni nəsil arasında bir əlaqəyəm, lakin bununla bağlı heç bir təzyiq hiss etmirəm. Düşünürəm ki, hər şey əla olacaq”.

Həmin kateqoriyadan