- Baxış sayı: 29
- 10 Fevral 2026 23:35
- Baxış sayı: 29
- Fevral 10, 2026
- 0

La liqanın XXIII turunda “Real Madrid”in səfərdə “Valensiya”ya 2:0 hesabı ilə qalib gəldiyi matçda Kilyan Mbappe ilə dördüncü hakim arasında gərginlik yaşanıb.
Allsport.az xəbər verir ki, insident oyunun fasiləsi zamanı, tribunaltı keçiddə baş verib.
İlk hissədəki ofsayd qərarına etiraz edən fransalı hücumçu dördüncü hakimdən izahat tələb edib. Mbappenin suallarına məhəl qoymayan referi ilə futbolçu arasında dialoq belə davam edib: “Dediniz ki, içəridə danışarıq. Buradayam, niyə üzümə belə baxmırsınız?”.
Məlumata görə, 27 yaşlı forvard daha sonra komanda yoldaşı Eduardo Kamavinqaya tərəf çevrilərək hakimləri “kloun” adlandırıb.
Gərginliyə baxmayaraq, Mbappe oyunun ikinci hissəsinə əlavə olunmuş vaxtda (90+1) fərqlənərək qələbəni sığortalayıb.