- Baxış sayı: 92
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Allsport.az xəbər verir ki, bir aydan sonra futbolçu digər komandalarla danışıqlar apara bilər. PSJ-nin Mbappeni qalmağa razı salmaq üçün çox az vaxtı qalıb.
Paris klubunun prezidenti Nasser Al-Xelaifi fransalı oyunçunu komandada saxlamaq üçün əlindən gələni edir. Bu mövsüm o, liqa 1-də və çempionlar liqasında 18 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə verib.