Mbappenin durumu bilindi

“Real Madrid”in ulduz hücumçusu Kilyan Mbappe zədəsini sağaldaraq martın 17-də yaşıl meydanlara qayıdacaq.

Allsport.az xəbər verir ki, 27 yaşlı forvard çempionlar liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçiriləcək cavab qarşılaşmasında iştirak edə biləcək.

Fevralın 24-də dizindəki ağrılar səbəbindən məşqi yarımçıq qoyan Mbappenin diz bağlarında problemlər 2025-ci ilin dekabrından davam edir.

Cari mövsümdə çıxdığı 33 matçda 38 qol vuran hücumçunun qayıdışı “kral klubu” üçün həlledici əhəmiyyət kəsb edir.

Həmin kateqoriyadan