- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Real Madrid” forvard Kilian Mbappenin təqdimatını səbirsizliklə gözləyir.
Allsport.az xəbər verir ki, “Real” Mbappenin təqdimat mərasiminin Kriştianu Ronaldunun mərasimini üstələyəcəyini gözləyir. 2009-cu ildə portuqaliyalının “Mançester Yunayted”dən transferinə həsr olunmuş tədbirə 85 minə yaxın tamaşaçı qatılmışdı.
Qeyd olunur ki, “qaymaqlılar” möhtəşəm tədbirə hazırlaşır və təqdimat tarixini iyulun 16-na – Avropa çempionatının bitməsindən iki gün sonra təyin ediblər. Bu tarix Madrid klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın həmyerlisini təmsil edəcək “Santyaqo Bernabeu”da keçiriləcək mərasimdə iştirak edə bilməsi ilə bağlıdır.