- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula-1 Avropa qran-prisində mübarizə aparacaq iddialı komandalardan biri də Britaniyanın “McLaren” klubudur. Allsport.az saytı xəbər verir ki, komanda müxtəlif dövrlərdə fərqli yarışlarda uğurla çıxış edib. Beş dəfə “CanAm”, üç dəfə 500 mil İndianapolis, bir dəfə Le-Man və Sebrinq yarışlarının qalibi olub. “Mclaren” 8 dəfə “Formula-1” üzrə konstruktor kubokunun sahibidir.
Komanda 1963-cü ildə “Formula-1” pilotları Bryus Maklaren və Tedd Mayer tərəfindən Tasmaniya avtomobil yarışı üçün Yeni Zelandiyada yaradılıb. Bryus Maklaren həmin il Tasmaniya avtomobil yarışının qalibi olur və növbəti iki ildə “Formula-1” yarışlarında “Kuper” komandasının heyətində çıxış edir. “McLaren” komandası “Formula-1” yarışlarında 1966-cı ildə Monako Qran-prisində debüt edir. “McLaren M2B”ni idarə edən Bryus Maklaren 3 xalla mövsümü 14-cü pillədə başa vurub. Növbəti ildə də komanda 3 xal toplayır.
“Mclaren” komandası ilk yüksək nəticəni 1968-ci ildə qazanıb. İspaniya Qran-prisində komandanın pilotu Denni Xyum ikinci, daha sonra Belçika mərhələsində isə Bryus Maklaren birinci olub. Həmin il komanda konstruktorlar kubokunda ikinci yerin sahibi olub. Bir il sonra komanda konstruktor kubokunu dördüncü pillədə başa vurub.
1970-ci il komandanın tarixində böyük faciə ilə yadda qalıb. Belə ki, Bryus Maklaren “CanAm” seriyasında yeni avtomobili sınaqdan keçirərkən faciəvi şəkildə həlak olub.
Hazırda komandanın əsas pilotlarından biri Fernando Alonso Bakıda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin rəsmi elçisidir. Komandanın digər pilotu isə Censon Battondur. “Mclaren” komandası hazırki çempionatda 24 xalla yeddinci sırada qərarlaşıb.