- Baxış sayı: 40
- 30 Mart 2026 21:25
- Baxış sayı: 440
- Mart 30, 2026
- 0

“Qarabağ”ın müdafiəçiləri Maksim Medvedev və Kevin Medina konfrans liqasında öz mövqelərinin ən yaxşıları sırasındadır.
Allsport.az xəbər verir ki, Ağdam klubunun mərkəz müdafiəçiləri ilk 4 turda rəqibdən topu ən çox “oğurlayan” oyunçulardandır.
Qrup mərhələsində 39 dəfə rəqib hücumunun qarşısını kəsən kapitan Medvedev “Yablonets”in müdafiəçisi Yaroslav Zeleni ilə liderliyi bölüşür. Medinada bu göstərici 35-ə bərabərdir. Kolumbiyalı futbolçu “Gent”in üzvü Nqadeu-Nqadyui ilə birlikdə 3-cü yerə şərikdir.
IV turda “Kayrat” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ” xallarının sayını 10-a çatdırıb və pley-offa vəsiqəni təmin edib.