Mehdi Fransa klubundan ayrıldı

“Marsel”in idman direktoru Mehdi Benatia vəzifəsini tərk etdiyini rəsmən açıqlayıb.

Allsport.az xəbər verir ki, mərakeşli funksionerin gedişi baş məşqçi Roberto de Zerbinin istefasından bir neçə gün, “Strasbur”la heç-heçədən (2:2) isə cəmi bir gün sonraya təsadüf edib.

Sosial şəbəkə hesabında paylaşım edən Benatia kluba gəldiyi gündən “Marsel”i layiq olduğu yerə qaytarmaq üçün canla-başla çalışdığını vurğulayıb: “Bu gün biz hələ də mübarizədəyik. Çempionlar liqasına vəsiqə qazanmaq tamamilə realdır, Fransa kuboku uğrunda isə yarışımız davam edir”.

Həmin kateqoriyadan