- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

Əməkdar məşqçi Mehman Allahverdiyev yenidən “Kəpəz”ə qayıdıb. Allsport.az xəbər verir ki, müxtəlif illərdə baş məşqçi, vitse-prezident və icraçı direktor olan mütəxəssis, klubun idman direktoru vəzifəsinə təyinat alıb. Onunla 1 illik müqavilə imzalanıb.
“Sarı-göylər” müstəqillik dönəmində ən böyük uğurlarını onun rəhbərliyi ilə qazanıb. Gəncə təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.