- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 184
- Mart 19, 2026
- 0

KONKAKAF qızıl kubokunun qalibi müəyyənləşib
Allsport.az xəbər verir ki, həlledici oyunda ABŞ və Meksika yığmaları qarşılaşıb.
Amerikanın Hyuston şəhərində keçirilən matçda Meksika seçməsi 2:1 hesablı ilə qələbə qazanıb.
Meksikalıların qollarını 27-ci dəqiqədə hücumçu Raul Ximenes və 78-ci dəqiqədə yarımmüdafiəçi Edson Alvares vurub.
ABŞ millisinin yeganə qolunun müəllifi 4-cü dəqiqədə müdafiəçi Kris Riçards olub.
Meksika yığması tarixində rekord sayda -13 dəfə KONKAKAF qızıl kubokunu qazanıb.