- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Daymler” konserninin rəhbərliyində dəyişikliklər “Mersedes”in siyasətinə təsir edə bilər. Allsport.az saytı xəbər verir ki, ən məyusedicisi komandanın Formula1-dən getməsidir. Son bir neçə ildə şirkətə böyük maraq göstərən Diter Tsetşe başçılıq edib. Onu bu vəzifədə əvəzləyən Ole Kallenius işinə daha praqmatik yanaşır, ötüşməyə xüsusi maraq göstərmir.
Məsələn, Kallenius daxili yanma mühərriklərinin inkişafı seqmentini kiçiltməklə, konsernin səylərini elektrik mühərriklərinin inkişafı üzərində cəmləşdirmək niyyətindədir. “Mersedes” ötən il DMT seriyasında təmsil olunmayıb, amma FormulaE-yə qatılıb ki, bu da “Daymler”in kursunun dəyişdiyini təsdiq edib.
Hazırda “Mersedes” Formula1-ə təqribən 400 milyon avro xərc çəkir. Bilavasitə “Daymler”in marketinq və reklama töhfəsi yetərincə sanballıdır. Şayiələrə görə, şirkətdə işarə ediblər ki, zavod komandasının Formula1-də qalması gəlir gətirməlidir. Əks halda, onun çempionatda iştirakına xitam verilə bilər. “Mercedes”in avtomobil idmanı bölməsinin icraçı direktoru Toto Volf isə nəzərə çatdırıb ki, onun prioriteti zavod komandasını saxlamaqdır.