- Baxış sayı: 32
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
8-qat mühəndislər kubokunun sahibi “Pirelli”nin yeni nəsil təkər üstlərini (slik) test edir. Allsport.az saytı xəbər verir ki, Fransanın Pol Rikar trasında təşkil olunan yürüşlərdə əsas sürücülər iştirak edəcək. Corc Rassel ilə yanaşı, sabah Lüis Həmilton da sınağa qatılacaq.
“Mersedes”ın mətbuat xidməti sosial şəbəkələrdə paylaşım edərək, “2023-cü ildə ilk dəfə trasa çıxdıq” – deyə, vurğulayıb. Növbəti həftədən komanda İspaniyanın Xerese avtodromunda məşqləri davam edəcək. Brekli bazasından “Aston Martin” heyəti də “gümüşü oxlar” ilə bərabər testlərdə iştirak edəcək.