“Mersedes” və Lyuis Həmilton üçün olduqca yaxşı mövsüm oldu”

“Mersedes” komandasının rəhbəri Toto Volf açıqlama verib.

Allsport.az xəbər verir ki, o, açıqlamasında Lyuis Həmiltonun çempion olmadığı mövsümlərini uğursuz hesab etmədiyini deyib:

“Bu, dünyanın ən rəqabətli avtoidmanıdır və biz ardıcıl 8 titul qazanmağı bacarmışıq. Heç bir idman növündə belə hal olmayıb. Lyuis 7 fərdi çempionluq qazanıb. Bu, əbədi olaraq qalib gələcəyiniz və ya hər il titul alacağınız anlamına gəlmir. Bu belə olmur.

Bunu harada oxuduğumu və ya eşitdiyimi bilmirəm, amma bir dəfə bir basketbolçudan mövsümünün uğursuz olduğunu düşünüb-düşünmədiyini soruşmuşdular. O isə demişdi: “Maykl Cordan NBA-da 15 mövsüm çıxış edib və 6 dəfə çempion olub. Bu, digər mövsümlərin uğursuz olduğu anlamına gəlirmi?”

Biz 12 ildir birlikdəyik və 8 dəfə titulu qazanmışıq. İndi siz deyirsiniz ki, digər 4 mövsüm uğursuz olub?

İki il əvvəl üçüncü olduq, keçən il bir yarış belə qazanmadan ikinci olduq, bu il isə dörd yarışın qalibi olduq. Bu, “Mersedes” və Lyuis üçün olduqca yaxşı mövsüm idi”.

Həmin kateqoriyadan