- Baxış sayı: 40
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Niderlandda Formula-1 dünya çempionatının 13-cü mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, 4252-metrlik Zandford trasında pilotlar 72 dövrə vurublar.
Belçika qran-prisində olduğu kimi, burda da finişə hamıdan tez Maks Ferstappen çatıb. “Red Bul”un niderlandlı sürücüsü vətənində qələbə üçün 1saat 30:05.395 saniyə vaxt sərf edib.
2-ci yeri “Mersedes”dən Lüis Həmilton, 3-cü yeri bu komandanın digər üzvü Valtteri Bottas tutublar.
Növbəti ötüşmə 1 həftə sonra İtaliyada olacaq. Pilotlar 5793-metrlik Montsa trasında 53 dövrə vuracaqlar.