- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Bu gün Rusiya qran-prisi çərçivəsində Soçi trasında Formula1 dünya çempionatı çərçivəsində 10-cu mərhələ sona yetib. Allsport.az saytı xəbər verir ki, 53 dairənin yekununda Valtteri Bottas finişə hamıdan tez çatıb. O, qələbəyə 1:34:00.364 saniyə vaxt sərf edib.
“Red Bull Xonda”dan Maks Ferstappen 2-ci yer tutub. “Mersedes”in digər sürücüsü Lüis Həmilton ilk üçlüyü qapayıb. Almaniya komandası bu dəfə də dubl edib. Buna qədər “Mersedes” cari mövsündə 7 dəfə eyni uğura yetişib.
Növbəti ötüşmə 2 həftə sonra Ayfelya (Almaniya) Nürburqrinq trasında olacaq.