- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yaponiyalı istehsalçı çempion komandaya müraciət edərək, onlardan formula-1 üçün hazırladıqları güc qurğusu barədə məslələht vermələrini istəyiblər. Allsport.az saytı xəbər verir ki, çox güman, buna razılıq alıblar. İki ağır mövsümdən sonra “Xonda” motorçuları güc qurğusunun konsepsiyasının dəyişdirilməsi və təkmilləşdirməyə məhdudiyyətlərin ləğv olunmasının, 2017-ci ildə ciddi tərəqqiyə imkan verəcəyinə ümid edirdilər. Amma reallıqda onların hazırladıqları motorlar yenə də etibarsız və zəif alınıblar.
Parisdə strateji işçi qrupun toplantısı baş tutub və müzakirə mövzularından biri də “Xonda” motorçularına kömək məqsədilə tədbirlərin həyata keçirilməsi olub. Bu müzakirənin təşəbbüsü FİA və “Maklaren” komandası tərəfindən gündəmə gətirilib.
F-1.az xatırladır ki, federasiya hələ keçən ildən çempionatda olan güc qurğuları arasındakı güc fərqindən narazı idi. Keçən il federasiya və motor istehsalçıları razılaşmışdılar ki, hazırkı hibrid motorlar çempionatda 2020-ci ilədək istifadə olunacaqlar, amma onların xarakteristikaları bərabərləşdirilməlidir.
FİA-nın nümayəndələri bu ilin əvvəlində demişdilər ki, hər bir güc qurğusunun imkanları mövsümün ilk üç yarışından sonra dəyərləndiriləcək və əgər Barselona trasında sıralanma turunun simulyasiyasında fərq 0.3 saniyədən çox olarsa, strateji işçi qrup fəaliyyətə başlayacaq. FİA-nın motorlar üzrə baş mütəxəssisi Fabris Lom, “ilk üç yarışda biz hər bir motorun ən yaxşı və orta nəticələrini götürməklə, məhsuldarlıq indeksini müəyyənləşdirəcəyik” söyləyib. Artıq 3 yarış arxada qalıb və nəticələr “Xonda” motorunun acınacaqlı vəziyyətdə olmasından xəbər verir.
Ona görə də yaponlar çempion komandadan kömək istəyiblər, etibarlı mənbənin bildirdiyinə görə, bu kömək güc qurğusunun təcili yaxşılaşdırılmasıü zrə məsləhətlərdən ibarətdir – yaxşılaşdırma motorun həm etibarlılığına, həm də gücünə aid olmalıdır.
Motorçular arasında rəsmi müqavilə hələ imzalanmayıb, amma güman edilir ki, dünənki toplantıda “Mersedes” rəqiblərinə kömək edəcəyinə söz verib. İlk növbədə almanlar mühərriyin elektron və güc hissələrini təkmilləşdirəcəklər…