- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Mersedes”in sürücüsü Valtteri Bottas ötən Formula1 xatirəsindən söz açıb. Allsport.az saytı xəbər verir ki, finlandiyalı pilot Azərbaycan mükafat yarışının nya növbəti çıxışlara təkan verdiyini açıqlayıb. Onun Bakı Şəhər Halqası kənarında çəkildiyi şəklin yürüş məsafəsindən kənarlaşdıqdan sonrakı halını əks etdirdiyini təsdiqləyib. Bu rəqabətdə onun qələbəyə gözəl şansı var idi.
“Bakıdakı yürüşün mənim keçirdiyim ən yaxşı yürüşlərdən biri olduğunu fikirləşirdim. Mən çoxdan idi ki, lider olmurdum, lakin o vaxt mən birinci mövqeyə çıxa bilmişdim. Yadımdadır, mən özümə əmin idim və hiss edirdim ki, hər şey nəzarətim altındadır. Başa düşürdüm ki, qələbə üçün həm də bir az bəxtin gətirməsi lazımdır. Lakin baş yolda hansısa qalıqları görməyib üstündən keçdim. Şinlər deşildi və bununla yürüş mənim üçün başa çatdı.
Həmin hadisəyə qədər mən iki dəfə qələbəyə yaxın idim, iki dəfə finişə ikinci çatmışdım. Bu səbəbdən də mövsümdə ilk qələbəmi qazanmaq istəyirdim, lakin bu, yenə də baş vermədi.
Bakıda ötüşmədən aralandıqdan sonra mən bütün komandanın kefinin pozulduğunu gördüm. Məni hamı dəstəkləyirdi, lakin mən otelə qayıtdıqda özümü saxlaya bilmədim, dizi üstə yıxılaraq uşaq kimi ağladım. Sonra ayağa qalxaraq öz-özümə “bir uğursuzluq məni sındırmayacaq” dedim” – Valtteri Bottas əlavə edib.