Mersisayd klubunun yeni tərəfdaşı

“Liverpul” 2025-ci ildə texniki sponsorunu dəyişəcək.

Allsport.az xəbər verir ki, Adidas İngiltərə top-klubunun yeni forma istehsalçısı olacaq.

Nike 2020-ci ildən “Liverpul”un texniki sponsorudur və müqavilənin müddəti gələn il başa çatır.

Bildirilir ki, Adidas 2025/26 mövsümündə başlayacaq 5 illik müqavilənin şərtlərinə əsasən, “Liverpul”a ildə 50 milyon funt-sterlinqdən çox, lakin “Mançester Yunayted”in aldığı rekord 90 milyon funt-sterlinqdən az pul ödəyəcək.

Həmin kateqoriyadan