“Mescedes” formula1-i tərk etmək barədə gəzən şayiələri rəsmən inkar edib

“Mescedes”in keçmiş rəhbəri və “Channel4” kanalında ekspert kimi fəaliyyət göstərən Eddi Cordan komandanın 2017-ci və 2018-ci illərdə də çempion olub formula1-dən gedəcəyəni deyib. Allsport.az saytı f-1-az istinadən xəbər verir ki, qarşı tərəfin cavabı gecikməyib və almanlar Toto Volffun bəyanatını dərc edib:

“Monako insanların əyləncə gecələri təşkil etməyi sevdiyi bir yerdir. Amma, deyəsən, bəziləri orada yaman canfəşanlıq ediblər. “Mersedes”in komanda kimi formula1-i tərk etməsi barədə gəzən söz-söhbətlər tamamilə əsassızdır. Bizim formula1 ilə 2020-ci ilin sonuna qədər müqaviləmiz var. Hazırda formula1-in yeni rəhbərliyi ilə müqaviləni uzatmaq məsələsini müzakirə edirik”.

Komandanın mətbuat xidmətinin rəhbəri Bredli Lord əlavə edib: “Siz yəqin ki, Eddi Cordanın “Mersedes”in formula1-i komanda kimi tərk edəcəyi, yalnız motor tədarükçüsü kimi qalacağı barədə fikirlərini oxumusuz. Bunlar yalandır və bizdə belə bir fikri yoxdur”.

Həmin kateqoriyadan