“Messi böyük argentinalı oyunçudur”

Braziliya millisinin hücumçusu Endrik Argentina millisinin hücumçusu Lionel Messi haqda danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, “TNT sports”a müsahibə verib:

-Amerika kuboku yaxınlaşır. Qələbəyə əsas iddiaçı kimdir – Braziliya, yoxsa Argentina?

-Braziliya və Argentina finala çıxmaq üçün favoritdir, lakin bu gün onlardan hansının turnirin favoriti olduğunu söyləmək mümkün deyil. İngiltərə və İspaniya ilə görüşlərdə göstərdik ki, seçmə mərhələ oyunlarında uğursuz zolaq arxada qalıb.

-Hansı argentinalı futbolçunu daha çox sevirsən?

-Messi böyük argentinalı oyunçudur. O, hələ də ölkəsinin ən yaxşısıdır. Hansı hücumçu istəməz ki, onun driblinqini, ötürməsini və onunla eyni komandada oynamasını?

Həmin kateqoriyadan